SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan Premyer Liqasında iki oyun keçirilib

Azərbaycan Premyer Liqasında iki oyun keçirilib

  • 24 avqust 2025, 23:12

Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçirilib.

Yurd.Media xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

Günün ikinci matçında “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

“Araz-Naxçıvan” xallarının sayını 4-ə çatdırıb. “Turan Tovuz” isə 3 xalda qalıb.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.

Prime Leasing