Azərbaycan Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 19:00-da başlanacaq.
Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.