SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb

  • 11 may 2025, 15:48

Azərbaycanın gənc parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iki qızıl medal qazanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 88 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medala sahib çıxıb.