SÜJET
Azərbaycan yığma komandası Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında bu gün finala matçına çıxacaq.
Yurd.Media xəbər verir ki, yığma komanda həlledici oyunda Macarıstan seçməsi ilə qarşılaşacaq.
Azərbaycan millisi yarımfinalda Monteneqro seçməsini 2:1 hesabı ilə məğlub edib. Macarlar isə 1/2 final mərhələsində Serbiyanı əsas hissəsi qolsuz heç-heçə ilə bitən matçın penaltilər seriyasında üstələyib - 3:1.
Azərbaycan - Macarıstan oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
3-cü yer uğrunda matç da bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq görüşdə Serbiya və Monteneqro üz-üzə gələcək.