SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
AFFA klub nümayəndələrini topladı

AFFA klub nümayəndələrini topladı

  • 20 dekabr 2025, 15:52

Azərbaycan Premyer Liqası, I Liqa, liqalarda iştirak edən akademiyalar və digər komandaların nümayəndələri ilə görüş keçirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan görüşdə klub rəsmiləri ilə yanaşı, milli assosiasiyanın baş katibinin müavini Elçin Məmmədov və Yarışların Təşkili Departamentinin əməkdaşları iştirak ediblər. AFFA tərəfindən keçirilən liqaların cari mövsümündə tətbiq edilən dəyişikliklər, yarışların təşkilində müsbət və mənfi tərəflərlə bağlı diskussiyalar aparılıb, eyni zamanda növbəti mövsümlə bağlı təkliflər müzakirə olunub.

Qarşıdakı günlərdə regionlarda çıxış edən aşağı liqa komandaları ilə görüşlərin silsiləli şəkildə təşkili və müzakirələrin davam etdirilməsi planlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları