SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
“Zirə” son dəqiqələrdə qələbə qoluna sevindi

“Zirə” son dəqiqələrdə qələbə qoluna sevindi

  • 10 may 2025, 19:46

Azərbaycan Premyer Liqasının 34-cü turunda “Zirə” səfərdə “Səbail”i minimal hesabla məğlub edib.

Yurd.Media xəbər verir ki, yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.