SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qaradağ Lökbatanın baş məşqçisi sərt cəzalandırıldı

"Qaradağ Lökbatan"ın baş məşqçisi sərt cəzalandırıldı

  • 21 may 2025, 14:57

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.

Yurd.Media xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun "Karvan"la oyunu bitdikdən sonra "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib.

Qeyd edək ki, Amit Quluzadə ötən ildən "Qaradağ Lökbatan"ın baş məşqçisidir.

Prime Leasing