SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Qarabağ Kəpəzi böyük hesabla məğlub etdi - YENİLƏNİB 2

"Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi - YENİLƏNİB 2

  • 18 may 2025, 21:20

Misli Premyer Liqasının 35-ci turuun yekun matçında "Qarabağ" "Kəpəz"i məğlub edib.

Yurd.Media xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birinci pillədədir. "Köhlən atlar" çempionluğunu üç tur əvvəldən rəsmiləşdirib. 32 xala malik gəncəlilər səkkizincidir.

Görüşün final fitininin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutub.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Neftçi" "Səbail" kollektivini 3 cavabsız qolla üstələyib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

19:38

Misli Premyer Liqasının 35-ci turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

Yurd.Media xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

16:20

Azərbaycan Premyer Liqasının 35-ci turunda bu gün 2 oyun keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün ilk oyununda "Neftçi" və "Səbail" qarşılaşacaqlar. Saat 17:00-da start götürəcək qarşılaşma "Neftçi Arena"da oynanılacaq.

"Ağ-qaralar" 40 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur. Bu görüşdə də qeydə alınacaq istənilən nəticə iki klubun turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.

Çempionluğu təmin etmiş "Qarabağ" isə "Kəpəz"lə üz-üzə gələcək.

"Azərsun Arena"dakı oyun saat 19:00-da başlayacaq.

Görüşün final fitininin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutacaq.

83 xala malik "köhlən atlar" qızıl medalları özü üçün təmin edib. 32 xalla səkkizinci olan gəncəlilər isə Premyer Liqada qalacağını ötən turdan rəsmiləşdiriblər.