SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Kəpəz bir ildə reklamdan cəmi 60 min manat qazandı

"Kəpəz" bir ildə reklamdan cəmi 60 min manat qazandı

  • 17 may 2025, 11:44
Gəncə

Gəncənin "Kəpəz" klubunun 2024-cü il üçün gəlir və xərcləri açıqlanıb.

Yurd.Media xəbər verir ki, klubun maliyyə hesabatında bildirilir ki, ötən il üçün gəlirləri 3 milyon 711 min 300 manat təşkil edib.

Sponsorlardan daxilolmalar - reklam gəlirləri 59 min 800 manat, sair gəlirlər 127 min 900 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 3 milyon 109 min 700 manat, UEFA-nın həmrəylik və pul mükafatları 413 min 900 manat olub.

Klub tərəfindən əməkhaqqı və mükafat xərclərinə 2 milyon 198 min 800 manat ayrılıb.

Xatırladaq ki, Gəncə təmsilçisi bu mövsüm Premyer Liqada yerini qoruya bilib.

Prime Leasing