SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Xocavəndin Çörəkli və Yemişcanlı kəndlərində yanğının söndürülməsi davam edir

Xocavəndin Çörəkli və Yemişcanlı kəndlərində yanğının söndürülməsi davam edir

  • 11 avqust 2025, 19:31
Xocavənd

Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Bu barədə Yurd.Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Prime Leasing