SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Xocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb olub

Xocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb olub

  • 09 avqust 2025, 10:28
Xocavənd

Avqustun 8-də Xocavənd rayonunun Əmirallar kəndi ərazisindəki qəbiristanlıqda yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Yurd.Media-ya verilən məlumata görə, araşdırmalarla yanğının rayon sakini, 1990-cı il təvəllüdlü Səxavət Məmmədov tərəfindən qəbiristanlıqda doğmalarının məzarını ziyarət edərkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində təxminən 5 hektar sahədə kol-kos yanıb və bir neçə məzara ziyan dəyib.

S.Məmmədov məsuliyyətə cəlb olunub.

FHN və DİN bir daha diqqətə çatdırıb ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusən yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir.

Prime Leasing