SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Tik-Toker Bənizə hökm oxundu

"Tik-Tok"er Bənizə hökm oxundu

  • 06 avqust 2026, 17:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Tik-Tok"er Aybəniz (Bəniz) Xəlilovanın cinayət işi üzrə keçirilən məhkəmədə hökm oxunub.

Yurd.Media-nın məlumatına görə, məhkəmə tərkibi təqsirləndirilən Aybəniz Xəlilovanın 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 221.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları