SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Sumqayıtda tonqaldakı partlayışda xəsarət alan şəxslər - SİYAHI

Sumqayıtda tonqaldakı partlayışda xəsarət alan şəxslər - SİYAHI

  • 22 mart 2026, 11:02
Sumqayıt

Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Yurd.Media xəbər verir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləri olan 2004-2018-ci il təvəllüdlü şəxslərdir:

2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,

2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,

2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,

2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,

2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,

2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,

2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,

2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,

2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,

2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,

2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı xəsarət alıb.

Qeyd edək ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

Bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları