SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Sumqayıtda avtobus qəzası - sürücü və sərnişin xəsarət aldı

Sumqayıtda avtobus qəzası - sürücü və sərnişin xəsarət aldı

  • 02 oktyabr 2025, 09:22

"Hyundai" markalı avtobusla "KİA" markalı minik avtomobili toqquşub.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sumqayıtın Sülh prospektində baş verib.

Belə ki, 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Arzu Şubay oğlunun idarə etdiyi "Hyundai" markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının idarə etdiyi "Kia" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini – 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing