Göygöl rayonunda yük maşını ilə minik avtomobili toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
"MAN" markalı yük avtomobilinə "Niva" markalı minik avtomobilin toqquşması nəticəsində, Göygöl rayon sakinləri, 1979-cu il təvəllüdlü M.İbrahimov və onun oğlu 2010-cu il təvəllüdlü H.İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
