SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Həftə ərzində yanan və xilas edilənlərlə bağlı - VİDEO

Həftə ərzində yanan və xilas edilənlərlə bağlı - VİDEO

  • 22 iyun 2026, 11:09

Azərbaycanda bir həftə ərzində yanan və xilas edilənlərlə bağlı məlumat açıqlandı.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki,  əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 42 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 7 nəfərin meyiti təhvil verilib.

Həftə ərzində yanan və xilas edilənlərlə bağlı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları