SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Şəkidə kənd su altında qaldı

Şəkidə kənd su altında qaldı

  • 20 iyun 2026, 22:23
Şəki

Şin və Kiş çaylarına gələn güclü sel suları Şəkinin Qudula kəndində bir sıra fəsadlar yaradıb. 

Yurd.Media "Bizim.Media"ya istinadən xəbər verir ki, aramsız yağışlar rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsini bir neçə dəfə artırıb.  

Bu səbəbdən dağıdıcılığı ilə fərqlənən Şin və Kiş çaylarında da sel-sular artıb.

Hər iki çayın mənbəyinin birləşdiyi Əyriçay su anbarında lil qatının çoxalması isə nəticədə yaxınlıqdakı Qudula kəndinin əkin sahələrini, təsərrüfatları və yolların su basması ilə nəticələnib.   

Kənd sakinləri bildirir ki, bu il belə hallar bir neçə dəfə təkrarlanıb. Əsas səbəb isə su anbarında lil qatının artması və su axının zəifləməsi göstərilir. Qeyd edək ki, məsələ mütəxəsislərin də diqqətindədir. Su anbarının təmizlənməsi istiqamətində layihələr hazırlanıb.

Maliyyə vəsaiti ayrılan kimi su anbarının lildən təmizlənməsi, həcminin artırılması, anbara yaxın ərazidə yaşayan sakinlərin isə digər ərazilərə köçürülməsi nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları