SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Nur” çörək zavodunun qəzaya düşmüş avtomobilindən sürücü belə çıxarıldı - VİDEO

“Nur” çörək zavodunun qəzaya düşmüş avtomobilindən sürücü belə çıxarıldı - VİDEO

  • 24 iyun 2026, 18:46

Bakıda “Nur” çörək zavoduna məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan sürücünün xilas edilməsi görüntüləri yayılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Ford" markalı avtomobilin səkiyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və avtomobilin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1987-ci il təvəllüdlü Xalid Hatəm oğlu Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları