Gəncədə söyüş üstündə kütləvi dava bıçaqlanma və bir nəfirin qətlə yetirilməsi ilə yekunlaşıb.
Yurd.media xəbər verir ki, Gəncə şəhər, Poçt qəsəbəsində yerləşən restoranların birinin yaxınlığında kütləvi dava olub.
Hadisə nəticəsində, 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanaraq qətlə yetirilib. Daha 3 nəfər- 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı da yüngül bıçaq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qətli törətməkdə şübhəli bilinən, 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, mübahisəyə tərəflər arasında olan söyüş səbəb olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, ötən gecə saat 04:30 radələrində xəsarət alması səbəbilə 3 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".