SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
SOCAR-ın şirkəti böyük məbləğdə cərimələndi

SOCAR-ın şirkəti böyük məbləğdə cərimələndi

  • 01 yanvar 2026, 11:02

“SOCAR-Fugro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) gömrük nəzarəti qaydalarını pozmaqda ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “SOCAR-Fugro” MMC-nin ünvanına gəlmiş gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 57 875,52 manat olan “Geodezik ölçü alətləri” adlı yük 4 ay müddətinə müvəqqəti saxlanca götürülüb.

Bununla bağlı MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 24 noyabr 2025-ci il tarixli protokol tərtib edilib və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Protokoldan görünür ki, gömrük bəyannaməsi ilə bəyan edilən “sualtı tədqiqatlar zamanı istiqamətin  üəyyənləşdirilməsi üçün kompas” adlı mal “Tofiq İsmayılov” adlı gəmiyə göndərildiyi üçün yerində aşkar olunmayıb. 
Bundan əlavə inzibati orqan tərəfindən araşdırma aparılan zaman MMC-nin gömrük orqanlarında təmsil edən şəxs gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca verilmiş malların anbarda olmadığı və “Tofiq İsmayılov” adlı gəmiyə göndərilməsi faktının aşkar olduğunu bilib.

Məhkəmə MMC-nin İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 57 875,52 manat məbləğində vəsaitin otuz faizi miqdarında, yəni 17 362, 66 manat məbləğində cərimə olunması barədə qərar qəbul edib.

Məhkəmənin həmin qərarından narazı MMC-nin baş direktoru Fikrət Əliyev apellyasiya qaydasında şikayət verib. O, Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.  Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları