Tovuz rayonunun Düz Cırdaxan kənd tam orta məktəbində sobadan çıxan tüstüdən zəhərləndikləri ehtimal olunan 5 məktəbli xəstəxanaya yerləşdirilib.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, bunlar 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüdlü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyevadır.
Zəhərlənən məktəblilər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.