SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • 09 sentyabr 2025, 10:34
Gəncə

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya  verilən məlumata görə, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.

Prime Leasing