Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev vəfat edib.
Yurd.Media xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.
Ailə üzvlərinin verdiyi məlumata görə, xalq rəssamı bir neçə saat əvvəl yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.