SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Goranboyda yük maşını mağazaya çırpılıb - FOTO

Goranboyda yük maşını mağazaya çırpılıb - FOTO

  • 07 sentyabr 2025, 20:21
Goranboy

Goranboyda yük maşını mağazaya çırpılıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı 2002-ci il təvəllüdlü Ş.T.Əli oğluu "Mercedes" markalı TIR yük maşını ilə Bakı- Qazax yolunda Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.

O, dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanmış VAZ 2104 markalı sahibi məlum olmayan avtomobili vurub. Daha sonra Goranboy şəhər sakini 1965-ci il təvəllüdlü T.Xəlilova məxsus obyektə çırpılıb.

Hadisə zamanı mağazada xəsarət alan olmayıb. Yalnız yük maşının sürücüsü xəsarət alıb. Yaralı Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, 07.09.2025-ci il tarixində saat 17:10 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona belin küt travması diaqnozu təyin olunub.

Hazırda müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.

Prime Leasing