SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəmkirdə su stansiyası ərazisində boru partladı, ətraf su altında

Şəmkirdə su stansiyası ərazisində boru partladı, ətraf su altında

  • 07 may 2026, 16:52
Şəmkir

Şəmkirdə su stansiyası ərazisində boyük diametrli boru partlayıb.

Yurd.Media xəbər verir ki, Şəmkir rayon Yeniabad kəndində, Şəmkir Nasos Stansiyası ərazisində iri diametrli su borusunda aşınmadan yaranan qəza nəticəsində ətrafı su basıb.

Qəza Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci boruda, hidro təzyiq nəticəsində metalın aşınması nəticəsində olub. 

Stansiya ərazisinə dolan suyun çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Qəzanın yaratdığı problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, oxşar hadisə həmin ərazidə ötən ilin avqust ayında da qeydə alınmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları