Şəmkir rayonu ərazisində avtomobil aşıb, xəsarət alanlar var.
Yurd.Media xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2013-cü il təvəllüdlü H.Əliyev və 1969-cu il təvəllüdlü Y.Quliyeva və daha bir nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.