SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şəmkirdə ağır qəza: ölən və xəsarət alanlar var - FOTO

Şəmkirdə ağır qəza: ölən və xəsarət alanlar var - FOTO

  • 24 fevral 2026, 20:17
Şəmkir

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Yurd.Media xəbər verir ki,hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.

"Mitsubishi" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib. 

Hadisədə daha bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. Vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-i kişi, 3-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları