SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Samuxda qoyunu qamçılayan çoban cəzalandırılıb

Samuxda qoyunu qamçılayan çoban cəzalandırılıb

  • 22 noyabr 2025, 15:23
Samux

Samuxda heyvanla rəhmsiz davranan şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Yurd.Media-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhimsiz davranan şəxsin Samux rayon sakini V. Bayramquliyev olması müəyyən edilib.

Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.

Prime Leasing
SPE Annual Caspian