Samux rayonunda avtomobillər toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə Samux rayon, Sarıqamış kənd yolunda "Mercedes" və "VAZ-2107" toqquşması nəticəsində qeydə alınıb.
Avtomobil qəzasında 3 nəfər -Samir Əhmədov (1975), Fəridə Əhmədova (1987) və Aqilə Alıyeva (1962)
Daha iki nəfər - M.Hüseynov (1994) və Ə.Əhmədov (2009) müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

