SÜJET
Salyanda ot sahəsi və ərazidəki maşın yanıb.
Bu barədə Yurd.Media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Kürsəngi kəndində 1 ha biçilmiş taxıl sahəsi və ərazidə olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.