SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Salyanda ferma yandı: 30-dan çox mal-qara tələf oldu

Salyanda ferma yandı: 30-dan çox mal-qara tələf oldu

  • 11 iyun 2025, 19:19
Salyan

Salyan rayonunun Qardili kəndində yerləşən fermada güclü yanğın olub.

 Yurd.Media xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Rayon Dövlət Yanğın Mühafizə Hissəsinin qüvvə və vasitələri cəlb olunublar.

Hazırda yanğının ətraf evlərə keçməsinin qarşısı alınır.

İlk məlumata görə, 33 baş iribuynuzlu heyvan, 14 ton ot və təsərrüfat damı yanaraq məhv oub. Yanğının təhqiqatının aparılması Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən həyata keçirilir.

Prime Leasing