SÜJET
Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin kimliyi məlum olub.
Yurd.Media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, həmin şəxs 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğludur. O, dostları ilə çayda çimərkən qəfil boğulmağa başlayıb.
Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.
*** 15:30
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Yurd.Media xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Araz çayında çimərkən boğulan şəxs Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğludur.