SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Saatlıda 18 yaşlı oğlan Araz çayında batdı

Saatlıda 18 yaşlı oğlan Araz çayında batdı

  • 20 iyun 2025, 20:27
Saatlı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Yurd.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Zəka Amid oğlu Qasımovun meyiti suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing
SPE Annual Caspian