Şəmkirdə qadınları aparan mikroavtobus qəzaya düşüb.
Yurd.Media xəbər verir ki, istixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.
TƏBİB-in məlumatına görə, səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.
Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.