Bakıda vurulan piyadalar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bakıda vurulan piyadalar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

  • 05 may 2025, 11:01
Bakı

"Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki, aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər".

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücü və piyadalara müraciətində qeyd olunub.

Bildirilib ki, digər bir məqam sürücülərlə bağlıdır:

"Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.

Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik".

"Bir daha sürücü və piyadalara çağırış edirik ki, sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər", - deyə müraciətdə qeyd olunub.