SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Neftçalada bazarda yanğın

Neftçalada bazarda yanğın

  • 10 noyabr 2025, 23:03
Neftçala

Neftçala şəhərində bazarda yanğın baş verib.

Yurd.Media xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
SPE Annual Caspian