Mingəçevirdə zirzəmidən köməksiz vəziyyətdə qalmış, atılmış körpə tapılıb.
Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində binanın zirzəmisində qeydə alınıb. Ətrafdakıların köməyi xilas olunan körpə oğlan uşağı təcili xəstəxanaya çatdırılıb. Onun kimliyi və kim tərəfindən zirzəmiyə atıldığı hələ ki məlum deyil.
Faktla bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.
Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.