SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Mərkəzi Bank sabiq nazirin şirkətini 10 min avro cərimələdi - Məhkəmə qərarı LƏĞV ETDİ

Mərkəzi Bank sabiq nazirin şirkətini 10 min avro cərimələdi - Məhkəmə qərarı LƏĞV ETDİ

  • 07 yanvar 2026, 13:28

Azərbaycan Mərkəzi Bankı (AMB) "İmprotex Industries” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xəta törətməsini müəyyən edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, AMB şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib.

Protokoldan görünür ki, MMC ilə Hollandiyanın şirkəti arasında imzalanmış müqaviləyə əsasən, 10 dəst palet satın alınıb.  Satınalınan mallara dair 86 800 avro ödəniş həyata keçirilib. Yük gömrük bəyannamələrindən də məlum olduğu kimi, həmin texnikalar xarici valyuta vəsaitinin köçürülməsindən 58 gün sonra ölkəyə idxal olunub.

Mərkəzi Bankın məktubundan isə görünür ki, ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməyib.

Gömrük bəyannaməsində də qeyd olunub ki, “VTS TRACK SOLUTİONS DEN ENGELSMAN” şirkəti tərəfindən "İmprotex Industries”-ə 124 000 avro məbləğində mal idxal olunub.

Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 54 580 avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 10 916 avro cərimə olunub.

Bu qərardan narazı qalan MMC apellyasiya şikayəti verib və birinci instansiya məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub və MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, "İmprotex İndustries” şirkəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group”a daxil olan şirkətdir. Ötən il şirkətin 2 milyon manatdan çox vergi borcunun olduğu üzə çıxmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları