SÜJET
Lənkəran rayonunun Şovu kəndində partlayış baş verən marketin xəsarət alan sahibi Mahir Cəbrayılovun vəziyyəti ağırdır.
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, partlayış nəticəsində sahibkar iki qolu, sifəti və baş nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Lənkəran şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M.Cəbrayılova tibbi yardım göstərilsə də, xəsarətlərin ağırlığı nəzərə alınaraq onun Bakıya köçürülməsi qərara alınıb. M.Cəbrayılov təcili tibbi yardım briqadası ilə Bakı Yanıq Mərkəzinə köçürülüb.
***13:01
Lənkəranda mağazada partlayış olub, xəsarət alan var.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib.
İlkin ehtimala görə partlayışa səbəb soyuduculardan birinin balonundan qaz sızması olub.
Partlayış zamanı mağazada olan satıcı Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt üzrə araşdırma davam etdirilir.