SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Lənkəranda açıq sahədə YANĞIN

Lənkəranda açıq sahədə YANĞIN

  • 11 avqust 2026, 22:41
Lənkəran

Lənkəran rayonunun Separadi kəndi ərazisində açıq sahədə yanğın baş verib.

Yurd.Media-nın məlumatına görə, hadisə zamanı ərazidə quru ot və müxtəlif tullantılar yanmağa başlayıb.

Yanğının söndürülməsi və alovun yaxınlıqdakı ərazilərə, o cümlədən sitrus bağlarına keçməsinin qarşısının alınması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata əsasən, yanğının baş verdiyi əraziyə yaxın sahədə sitrus bağlarından budanan qurumuş ağaclar toplanaraq kənd sakinlərinin istifadəsi üçün saxlanılır. Sakinlər həmin odunları götürərək məişətdə, o cümlədən təndir üçün yanacaq kimi istifadə edirlər.

Yanğının məhz bu ərazidə toplanan qurumuş ağacların yandırılması nəticəsində başladığı ehtimal edilir. Alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları