İmişlidə məktəblilərin öldüyü qəza ilə bağlı MƏHKƏMƏ BAŞLADI

İmişlidə məktəblilərin öldüyü qəza ilə bağlı MƏHKƏMƏ BAŞLADI

  • 28 aprel 2025, 12:08
İmişli

Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə başlayır.

Məhkəmənin hazırlıq iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.