SÜJET
Neftçala rayonunda bədbəxt hadisə baş verib, iki qardaş yanğın nəticəsində həyatını itirib.
Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Nəticədə Bayram Əzizov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Qardaşlardan digəri - 1995-ci il təvəllüdlü Babək Əzizov isə ağır yanıq xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki qardaş kənd qəbiristanlığında atalarının yanında dəfn edilib.
Ətraflı süjetdə: