SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Hacıqabulda 34 yaşlı kişi göldə batıb

Hacıqabulda 34 yaşlı kişi göldə batıb

  • 25 may 2025, 15:43
Hacıqabul

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Ələtli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Yued.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışlar nəticəsində göldə batmış 1991-ci il təvəllüdlü Nuriyev Elman Teymurşah oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing