Göygöldə bəy atası toy günü bədbəxt hadisə nəticəsində ölüb.
Yurd.Media xəbər verir ki, Göygöldə oğluna toy məclisi keçirən 1962-ci il təvəllüdlü Adil Hüseynovun başına elə şadlıq sarayının yaxınında aqlay daşı düşüb.
O, ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.