SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Göyçay icra başçısından qəbiristanlığın subasması ilə bağlı TAPŞIRIQ

Göyçay icra başçısından qəbiristanlığın subasması ilə bağlı TAPŞIRIQ

Göyçay

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Potu kənd qəbiristanlığının subasmaya məruz qalmış hissəsinə baxış keçirib.

Yurd.Media xəbər verir ki, icra başçısı subasmanın törətdiyi fəsadların operativ şəkildə aradan qaldırılması istiqamətində görülən işlərlə maraqlanıb, bəzi vətəndaşların laqeyd və məsuliyyətsiz davranışları nəticəsində baş verən bu kimi halların təkrarlanmaması üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, mənbəyini Göyçay çayından götürən və Potu, Şəhadət, Qarabağlar kəndləri istiqamətində axan su arxının uzun müddət təmizlənməməsi nəticəsində tullantı və lil səbəbi ilə məcrası tutulub. Yağan yağışlardan sonra arxda suyun səviyyəsi artaraq daşqına səbəb olub və qəbiristanlığı sel basıb. Nəticədə bir neçə qəbir tam dağılıb, bir çox məzar su altında qalıb, qəbiristanlığa ciddi ziyan dəyib.

Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, qəbiristanlığı yaxınlıqda yaşayan vətəndaşın məsuliyyətsizliyinə görə su basıb. Vətəndaş əkin sahəsini suvarmaq üçün suyu açıb, vaxtında bağlamadığı üçün bu problem yaranıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları