Goranboyda 53 yaşlı həkim göldə boğulub.
Yurd.Media xəbər verir ki, rayonun Safıkürd kəndində olan göldə, rayon sakini - 1973-cü il təvəllüdlü Sevda Nəbiyevanın meyti tapılıb.
Qeyd edək ki, mərhum Goranboy rayon Təcili Tibbi Yardım stansiyasının həkimi olub.
Faktla bağlı araşdırma aparılır.