Goranboyda mikroavtobusla minik avtomobili toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Goranboy-Borsunlu avtomobil yolunun Rəhimli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində 8 nəfər müxalifət dərəcəli bədən xəsarətləri alıblar.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar - Arzu Nəbiyev (1990), Xəyalə Cəfərova (1986), Suqra Quluyeva (1982), Şəlalə Abdullayeva (1975), Nigar Mustafayeva (1962), Zəkiyə Məmmədova (1972), Aysel Şirinova (1989), Yeganə Məmmədova (1973) rayon ərazisində yerləşən istixanalarda işləməyə gedən fəhlələrdir.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

