SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Global Activity” tikinti şirkəti üç yulğun koluna görə 50 min manat cərimələndi

“Global Activity” tikinti şirkəti üç yulğun koluna görə 50 min manat cərimələndi

  • 18 fevral 2026, 11:36

“Global Activity” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol yazılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şirkətə protokol tərtib edilib.

Protokol onunla əsaslandırılıb ki, Abşeron rayonu, Novxanı kəndi, Masazır Duz gölunun kənarında qeyri-yaşayış obyektində (torpaq sahəsində) tikinti və abadlaşdırma işləri aparılakrən köküstə yaş halda 3 ədəd yulğun kolunun məhv edilməsi müəyyən edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə şirkət MMC İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib və 50 min manat məbləğində cərimə edilib.

“Global Activity” məhkəmə qərarından apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, "Global Activity Construction" Azərbaycanda infrastruktur və mülki layihələrin icrasında ixtisaslaşan şirkətidir. Şirkət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra irihəcmli layihələrini icra edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları