Gəncədə "Mercedes" 2 piyadanı vurub
Yurd.media xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prosspektində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1973-cü il təvəllüdlü E.Şirinovu və 1995-ci il təvəllüdlü S.Məmmədovu "Mercedes" markalı avtomobil vurub.
Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.