SÜJET

Qeyri-sabit hava Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Füzulidə zəncirvari qəzada ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB

Füzulidə zəncirvari qəzada ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB

  • 25 iyun 2025, 09:35
Füzuli

Füzulidə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.

Yurd.Media Trend-ə istinadən xəbər verir ki,qəza rayonun 6 saylı qayıdış qəsəbəsində baş verib.

Hadisə zamanı "Mercedes" markalı avtomobildə olanlar Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində həyatını itirib. Digər "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib.

Yurd.Media APA-ya istinadən verir ki, rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada "Mersedes", "KİA" və "Opel" toqquşub.

Hadisə nəticəsində rayon sakinləri 1999-cu il təvəllüdlü Qurbanov Nicat və qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu, 1999-cu il təvəllüdlü Süleymanov Elçin ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, ölənlər "Mersedes"in sürücü və sərnişinləri olub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing